Qurban Berdiyev "Rubin"ə geri döndü

13:37 9 İyun 2017

"Rostov"dan ayrılan Qurban Berdıyevin yeni iş yeri müəyyənləşib.


Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis sabiq klubu "Rubin"lə anlaşıb. Bu barədə Kazan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Türkmənistanlı mütəxəssislə hərtərəfli razılıq əldə olunduğu bildirilib. 64 yaşlı məşqçi "Rubin"də Xavyer Qrasiyanı əvəzləyib.


 
Qeyd edək ki, Berdıyev 2001-2013-cü illərdə də “Rubin”də çalışıb. Onun rəhbərliyi altında Kazan klubu 2 dəfə Rusiya çempionu, 2 dəfə superkubokun, 1 dəfə isə kubokun qalibi olub.


Digər xəbərlər

Xəbər xətti