"Hoffenhaym" 29 yaşlı baş məşqçisi ilə müqaviləni yenilədi

15:21 9 İyun 2017

Almaniya Bundesliqa təmsilçisi “Hoffenhaym” baş məşqçisi Yulian Naqelsmannla yeni müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, klubdan edilən açıqlamada 29 yaşlı mütəxəssislə müqavilə müddətinin 2021-ci ilin yayınadək uzadıldığı qeyd edilib. Xatırladaq ki, ötən ildən “Hoffenhaym”ın “sükanı arxasına” keçən mütəxəssis, Bundesliqa tarixinin ən gənc məşqçisidi.

 

"Göy-ağlar" alman məşqçinin rəhbərliyi altında Almaniya Bundesliqasının son mövsümünü 4-cü pillədə başa vuraraq, növbəti mövsümdə Çempionlar Liqasında çıxış etmək haqqı qazanıb.


Xəbər xətti