Türkiyə millisinin yeni kapitanı müəyyənləşdi

15:45 9 İyun 2017

Türkiyə millisində yeni kapitanın kim olacağı artıq məlumdur.

 

Sportarena.az xəbər verir ki, "ay ulduzlular"da bundan sonra kapitanlıq sarğısını "Fənərbaxça"nın futbolçusu Mehmet Topal daşıyacaq. Selçuk İnanla Gökhan Gönül isə vitse-kapitan vəzifəsini yerinə yetirəcəklər.

 

Qeyd edək ki, Türkiyə millisinin əsas kapitanı Arda Turan idi. O, Makedoniya ilə yoxlama oyununda sonra jurnalisti təhqir etidiyinə görə əvvəlcə millidən uzaqlaşdırılmış, daha sonra millidə karyerasını başa vurduğunu elan etmişdi.


Digər xəbərlər

Xəbər xətti