Azərbaycan Şimali İrlandiyaya qarşı bu heyətlə oynayacaq - SİYAHI

21:26 9 İyun 2017

DÇ-2018-in seçmə mərhələsində sabah Şimali İrlandiya yığmasını qəbul edəcək Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis ənənəsinə sadiq qalaraq, sabahkı oyunda şans verəcəyi heyəti açıqlayıb. Beləliklə Prosineçki sabahkı oyunda aşağıdakı heyətə şans verəcək:

 

Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Maksim Medvedev, Qara Qarayev, Cavid Hüseynov, Riçard Almeyda, Ramil Şeydayev, Dmitri Nazarov, Əfran İsmayılov.


Xəbər xətti