"Çalışacağıq ki, yaxşı nəticə qazanaq” - Cavid Hüseynov - AÇIQLAMA

01:47 10 İyun 2017

DÇ-2018-in seçmə mərhələsində sabah Şimali İrlandiyanı qəbul edəcək Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid Hüseynov oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, Hüseynov sabahkı oyunda gözəl oyunla yaxşı nəticə qazanmağa çalışacaqlarını deyib: 

 

“Rəqib güclüdü. Üstün cəhətləri var. Lakin rəqibi yaxşı təhlil etmişik. Çalışacağıq ki, doğma azarkeşlərimiz önündə gözəl oyun sərgiləməklə, yaxşı nəticə qazanaq”.


Xəbər xətti