"İnter"in yeni baş məşqçisinin adı müəyyənləşdi - RƏSMİ

11:22 10 İyun 2017

“İnter”in yeni baş məşqçisi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, “neradzurra” "Roma”dan ayrılan Luçano Spallettiylə anlaşıb. Bu barədə məlumatı klubun saytı yayıb. İtalyan mütəxəssislə 2 illik müqavilə bağlanıb.

 

58 yaşlı mütəxəssis məşqçi karyerası ərzində “Udineze”, “Sampdoriya”, “Venetsiya”, “Ankona”, “Zenit” kimi klubları çalışdırıb.


Xəbər xətti