"Səbail"in yay planı

13:02 10 İyun 2017

"Səbail" baş məşqçi Samir Əliyevin rəhbərliyi altında 12 iyundan etibarən "Dalğa Arena"da məşqlərə start verəcək.

 

Sportarena.az xəbər verir ki, komandanın iyulun 6-na qədər məşqlərini Bakıda davam etdirməsi planlaşdırılır. "Səbail"in bu müddətdə 3 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblərin adı isə hələlik məlum deyil.

 

"Səbail" iyulun 6-dan sonra toplanış üçün ölkə xaricinə üz tutacaq. Toplanışla bağlı yaxın günlərdə əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti