Şimali İrlandiyanın Bakı kabusu davam edəcək?

13:18 10 İyun 2017

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, Robert Prosineçkinin başçılıq etdiyi yığmamız 6-cı dəfə rəqibi ilə üz-üzə gələcək. Baş tutan görüşdə millimiz 1, rəqib isə 2 dəfə qələbə qazanıb. 2 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də rəqibin üstünlüyü var - 7:3.

 

Bakıda baş tutan qarşılaşmalarda isə yığmamızın aşkar üstünlüyü var. Britaniyalılar millimilə səfər matçında qələbə və qola həsrət qalıb.

 

DÇ-2006: Azərbaycan - Şimali İrlandiya 0:0

DÇ-2006: Şimali İrlandiya - Azərbaycan 2:0

DÇ-2014: Şimali İrlandiya - Azərbaycan 1:1

DÇ-2014: Azərbaycan - Şimali İrlandiya 2:0

DÇ-2018: Şimali İrlandiya - Azərbaycan 4:0


Xəbər xətti