UEFA-dan "Portu"ya sərt cəzalar

14:50 10 İyun 2017

UEFA “Portu”nu cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, cəzaya səbəb, “əjdahalar”ın Maliyyə Feyr Pley qaydalarına riayət etməməsidi. Avropanın ali futbol qurumunun Portuqaliya nəhənginə cəzasına əsasən, klub mövsümlərarası fasilə dövründə transferlərə 30 milyon avrodan artıq xərcləyə bilməz. Gələn il bu məbləğ 20, ondan sonrakı il isə 10 milyon avro olacaq.

 

Bundan əlavə, “Portu”ya 2,2 milyon avro məbləğində cərimə kəsilib ki, bu məbləğin də 700 min avrosu dərhal ödənilməlidi. Cəzaya görə, “göy-ağlar” növbəti avrokubok mövsümündə iştirak ərizəsinə 25 yox, 23 futbolçu daxil edə biləcək. 


Digər xəbərlər

Xəbər xətti