"Şansımız azalsa da, ümidimiz var" - Maksim Medvedev- AÇIQLAMA

23:37 10 İyun 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Şimali İrlandiyaya məğlub olub.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra yığmamızın müdafiəçisi Maksim Medvedev görüşlə bağlı fikirlərini bölüşüb:

 

“Təəəsüf ki, uduzduq. Halbuki rəqibdən daha yaxşı oynadıq. Özümüzdə top saxlayırdıq, çalışırdıq kəsəli hücumlar quraq. Belfastadakı matça baxanda, bu gün yaxşı oynadıq. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Cavid, Əfran, Ramil fərqlənməyə yaxın idilər. Ümumilikdə, üstünlük bizdə idi. Sonda qol buraxıb uduzmağımız bizə böyük zərbə oldu.

 

İrəli gedib topu itirməkdənsə, onu özümüzdə saxlayıb, oyun qurmağa çalıırdıq. Rəqibi qaçmağa məcbur edirdik. İstəyirdik ki, onları yoraq, topsuz qoyurduq. Bu da alınırdı. Çünki zaman-zaman irlandlar əsəbləşirdilər, bir-birilərinin üstünə qışqırırdılar.

 

Bu məğlubiyyətdən sonra şansımız azalsa da, ümidimiz var. Qarşıda hələ 4 oyunumuz qalıb. Əsas odur ki, oyunumuzu daha da yaxşılaşdıraq”. 


Xəbər xətti