Elxan Məmmədov: “Niyə də yox” sözünü elə belə qoymamışıq"

00:02 11 İyun 2017

Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivsində Şimali İrlandiyaya məğlub olub - 0:1.

 
Sportarena.az xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

 

-  Azarkeşlərə təşəkkür edirik. Həqiqətən də 90 dəqiqə möhtəşəm dəstək oldular. Milli komandamız isə əla oyun nümayiş etdirdi. Mübariz oyun sərgilədik. Komanda yaxşı oyun göstərsə də uda bilmədi. Əvəzində isə son dəqiqədə rəqib qol vurdu. Həmin anda bilmirsən ki, futbolu sevəsən, ya da sevməyəsən. Bu da futbolun 90 dəqiqə oynayıldığını göstərir. Bütün matç ərzində ərzində çoxlu şanslarımız oldu.

 

- Bundan sonra şanslarımızı necə dəyərləndirirsiniz?

- Təbii ki, şans var. Amma artıq 4 oyun qalıb və şansımız azalıb.

 

- Artıq yığmamız AÇ-2020-ni düşünə bilər?

- Bu kompaniyanın əvvəlində “Niyə də yox” sözünü elə belə qoymamışıq. Bizim əsl məqsədimiz 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaqdır.

 

- Robert Prosineçkinin adı “Bursaspor”la hallanır. Onun yığmadakı taleyi necə olacaq?

- Bununla bağlı müzakirə olmayıb. Qeyd etmişik ki, Prosineçkinin ilin sonuna kimi bizimlə müqavilə mövcuddur. Bu məsələyə qayıtmaq məqsədəuyğun deyil. Prosineçki bu məsələ haqda danışmır və bizə müraciət də etməyib. Əvvələr də mətbuat yazırdı ki, “Bursaspor” Prosineçkini Türkiyəyə apardı. Amma sonradan yalan çıxdı. “Bursaspor” rəsmiləri bildirirdilər ki, AFFA rəsmiləri ilə görüşüblər. Amma onlar heç də AFFA ilə danışıqlar masasına keçməyib. Biz heç onları tanımırıq. Telefon zəngimiz də olmayıb.


- Böyük ümidlərlə gözlədiyimiz Renat Dadaşov bu matçda iştirak ərizəsinə salınmadı.
- Prosineçki dünənki konfransda bildirdi ki, Renat yaxşı və güclü oyunçudur. Ancaq onun vaxtı gəlməyib. Gəlin səbirli olaq. Məşqçinin yəqin ki, öz planları var.

 

- Rövnəq Abdullayev futbolçularla görüşdümü?
- Rəsmi qonaqlarmız var idi. Mən görüşdüm və Rövnəq müəllimin də adından komandaya təşəkkür etdirdim. Gözəl oyun sərgilədilər. Son dəqiqə qoluna görə hamımız üzüldük.

 

- Hesab sizcə, necə olmalı idi?
- Belə deyək, heç-heçə olsaydı, deyərdik ki, kaş udarıq. Amma bu hesabdan sonra görürük ki, heç-heçə də yaxşı nəticə olardı.


Xəbər xətti