"Deməyə söz tapmıram” - Rəşad Sadıqov - AÇIQLAMA

00:59 11 İyun 2017

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirilmiş oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, kapitan komandamızın 0:1 hesablı məğlubiyyəti ilə bağlı qısa danışıb:

 

“Oyun haqda çox danışmaq istəmirəm. Azərbaycan futbol tarixinin ən vacib oyunu idi. Ən yaxşı oyunumuz və ən üzücü məğlubiyyətimiz də elə bu qarşılaşma oldu. Deməyə söz də tapmıram”.


Xəbər xətti