"İnter" Kamerun klubuna qalib gəldi

10:25 11 İyun 2017

Türkiyənin Bolu vilayətində təlim-məşq toplanışında olan "İnter" yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Bakı klubu toplanış çərçivəsində ilk yoxlama matçında Kamerunun "Kolombe Sportive du Dja et Lobo" komandası ilə qarşılaşıb.

 

Oyun 1:0 hesabıyla Zaur Svanadzenin yetirmələrinin qələbəsiylə başa çatıb. Paytaxt təmsilçisinin yeganə qolunu Rauf Əliye vurub.


Digər xəbərlər

Xəbər xətti