"Son nöqtəni qoymaqda çətinlik çəkdik" - Namiq Ələsgərov - AÇIQLAMA

11:27 11 İyun 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində dünən Azərbaycan millisi Şimali İrlandiyaya məğlub olub - 0:1.

 

Sportarena.az xəbər verir ki, yığmamızın üzvü Namiq Ələsgərov matçdan sonra fikirlərini bölüşüb:

 

“Üstün tərəf biz idik. Bir neçə qol şansımız da oldu. Ancaq son nöqtəni qoymaqda çətinlik çəkdik.

 

Bir epizodda rəqib futbolçunun zərbəsi topa yox, ayağıma dəymişdi. Açıq-aşkar cərimə zərbəsi idi. Amma hakim oyunu saxlamadı.

 

Artıq çempionat başa çatıb və bir müddətdi oynamırıq. Amma bunu bəhanə etmək lazım deyil. Avstriya toplanışı zamanı öz aramızda oynamışdıq və gücümüzü bərpa etməyə çalışmışdıq. Düşünürəm ki, məğlubiyyəti az oynamaqla əlaqələndirmək olmaz”.


Xəbər xətti