"Bir vəziyyətdən yararlana bildik" - Svanadze - AÇIQLAMA

13:46 11 İyun 2017

Türkiyənin Bolu vilayətində təlim-məşq toplanışında olan “İnter” ilk yoxlama matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, Bakı klubu “Bolu Termal Otel”in stadionunda Kamerunun "Kolombe Sportive du Dja et Lobo" komandasını 1:0 hesabıyla məğlub edib. Oyundan sonra “İnter”in baş məşqçisi Zaur Svanadze klubun saytına matç barədə fikirlərini bildirib:

 

“Hazırlıq prosesi normal keçir. Məşq edirik. Şükür, zədəlimiz yoxdu. Bu gün Kamerun təmsilçisinə qarşı oyun keçirdik. Yaxşı oyun alındı. İki fərqli heyətlə oynadıq. Çoxlu sayda qol vəziyyətlərimiz oldu, lakin bir vəziyyətdən yararlana bildik. Realizasiyalar üzərində çalışmaları davam etdirəcəyik”.


Digər xəbərlər

Xəbər xətti