Sərt qadağa - "Barselona"nın formasını geyinənə 15 illik həbs

22:31 11 İyun 2017

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) maraqlı qərarla gündəmə gəlib.

 

Sportarena.az xəbər verir ki, bu ölkədə “Barselona” forması geyinənləri 15 ilədək həbs cəzası gözləyir. “Barsa”nın futbolkasının “qaralanmasına” səbəb isə formanın üzərindəki “Qətər Hava Yolları” reklamıdı. Belə ki, bir müddət öncə BƏƏ hökuməti terrora dəstək verməsini əsas gətirərək, Qətərlə diplomatik əlaqələri kəsib. “Barselona” formasının geyinilməsini bu ölkəyə dəstək kimi qəbul edən hökumət belə qərar qəbul edib.

 

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, 15 illik həbs cəzası 110 min funt-sterlinq dəyərində cərimə ilə də əvəz edilə bilər.

 

“Barselona” forması qadağası qərarı daha böyük arealı əhatə edə bilər. Belə ki, BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı, Liviya, Mavritaniya, Bəhreyn və başqa ölkələr də Qətərlə diplomatik əlaqələri dayandırdığından, bu ölkələrin də analoji qərarı qəbul etməsi ehtimalı var.


Xəbər xətti