"Zirə" "İnter"i seçdi

10:12 12 İyun 2017

“Zirə” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirir. 

 

Sportarena.az xəbər verir ki, “qartallar” bu gün iki dəfə məşqə çıxıb. Baş məşqçi Ayxan Abbasov 10 günlük Bolu toplanışında taktiki-texniki hazırlığa üstünlük verir.



“Zirə”nin yoxlama oyunlarının vaxtları və rəqiblər də tam dəqiqləşib. Komanda iyunun 13-də, saat 17:30-da əvvəldən deyildiyi kimi Kamerunun “Kolumbe Sportive” klubuyla yox, Bakı “İnter”iylə qarşılaşacaq. Afrikalılarla oyun isə iyunun 17-də, saat 17:00-da başlayacaq. "Qartallar" iyunun 20-də, saat 17:00-da Rumıniya təmsilçisi “Vitorul”la qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti