"Barselona" "Borussiya"nın futbolçusunu hədəfə aldı - 90 milyon

10:27 12 İyun 2017

“Barselona” Dortmund “Borussiya”sının futbolçusu Osman Dembeleni heyətinə qatmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, Kataloniya klubu 20 yaşlı yarımmüdafiəçinin transferi üçün Dortmund təmsilçisinə 90 milyon avro ödəməyə hazırdı. Bu barədə məlumatı Fransanın “Ekip” nəşri yayıb. “Barsa”nın fransalı müdafiəçisi Samuel Umtiti də klubunun həmyerlisi ilə maraqlandığını etiraf edib.

 

Sol cinah yarımmüdafiəçisi “Borussiya”ya ötən il, 15 milyon avro qarşılığında Fransanın “Renn” komandasından transfer olub. O, son mövsümdə şans qazandığı 49 oyunda 10 qol vurub, 21 məhsuldar ötürmə edib.


Xəbər xətti