Armenteros İsveç millisinə çağrıldı

14:33 12 İyun 2017

"Qarabağ"ın sabiq futbolçusu Samuel Armenteros İsveç milli komandasına dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, "Herakles"in 27 yaşlı hücumçusu iyunun 13-də Norveç yığması ilə yoldaşlıq görüşünə çağırılıb.

 

Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"da 2015-2016 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub.

 

Əlavə edək ki, Norveç millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. 


Digər xəbərlər

Xəbər xətti