"Neftçi"nin sabiq futbolçusu qəzada öldü - FOTOLAR

16:21 12 İyun 2017

“Neftçi”nin sabiq futbolçusu Jonas Pesalli avtomobil qəzasında dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, Pesallinin ölümünə səbəb olan qəza bu gün Braziliyada baş verib. Onun idarə etdiyi “Audi” markalı avtomobil işıq dirəyinə çırpılıb. 26 yaşlı futbolçu hadisə yerində dünyasını dəyişib. Onun avtomobilində olan digər sərnişin isə ağır yaralanıb. 

 

Pesalli dostu ilə ad günü tədbirindən gəlirmiş. Hadisə şahidləri qəza ilə bağlı bunları deyiblər:

 

“Təəssüf ki, biz hadisə yerinə çatana qədər futbolçu dünyasını dəyişmişdi. Biz çox ciddi qəzadan onun cəsədini güclə çıxara bildik”.  

 

Pesallinin ölümünü formasını geyindiyi “Parana” klubu da təsdiqləyib:

 

“Acı ilə bildirməliyik ki, oyunçumuz Jonas Pesalli avtomobil qəzasında dünyasını dəyişib”. 

 

Qeyd edək ki, Pesalli ötən mövsüm “Neftçi”dən öz istəyi ilə ayrılaraq “Parana”ya transfer olunmuşdu.

 

 


Digər xəbərlər

Xəbər xətti