Cənubi Koreyanın prezidenti İnfantino ilə görüşdü - "Şimali Koreya ilə DÇ-2030-u təşkil etmək istərdik" - ŞOK AÇIQLAMA

18:16 12 İyun 2017

Cənubi Koreya Repsublikasının yeni prezidenti Mun Çji İn FİFA prezidenti Canni İnfantino ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, o, də maraqlı fikir səsləndirib. Dövlət başçısı aralarında soyuq münasibət hökm sürdüyü və müharibə ərəfəsində olduqları Şimali Koreya ilə birlikdə mundial təşkil etmək istəyini dilə gətirib.

 

"Şimal-Qərbi Asiyada qonşu ölkələr, o cümlədən Cənubi və Şimali Koreya 2030-cu il dünya çempionatını birgə ttəşkil etmək istəsə, bu, aramızda sülhün bərqarar olmasına kömək edər. Cənab İnfantinonun bu sferada maraqları olsaydı, çox sevinərdik".


Xəbər xətti