Prosineçki müəmması davam edir - "Bursaspor"la anlaşıb?

00:22 13 İyun 2017

"Bursaspor" millimizin baş məşqçisi Robert Prosineçki ilə razılığa gəlib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Ajansspor məlumat yayıb. Klub prezidenti Ali Ayın rəhbərliyi altında həyata keçirilən danışıqlar nəticəsində tərəflər arasında 2 illik ilkin razılaşma əldə olunub.

 

Xəbərdə Prosineçkinin meneceri Yaşar Çalışırla birgə Bakıda AFFA rəhbərliyi ilə görüşdüyü bildirilib. Görüş zamanı AFFA ona  yeni müqavilə təklif etsə də, Prosineçki qərarını verdiyini və "Bursaspor"da çalışmaq istədiyini açıq şəkildə söyləyib. Xəbərdə Prosineçkinin  sabah AFFA ilə ilin sonunadək olan müqaviləni ləğv edəcəyi və daha sonra Türkiyəyə getməyi planlaşdırdığı iddia edilib.

 

Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına verdiyi açıqlamada isə “yaşıl timsahlar”ın “sükanı arxası”na keçməyəcəyini deyib:

 

“Mənim AFFA ilə müqaviləm ilin sonunda başa çatır. Növbəti dəfə demək istəyirəm ki, müqaviləmin sonuna qədər millidə qalacam. Mətbuat çox şey yaza bilər. Amma mən heç yerə getməyəcəm”.

 

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi 2017-ci ilin sonunda bitəcək başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti