"Qəbələ" 8 qolla qalib gəldi

10:07 13 İyun 2017

Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" dünən ilk yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun komandası Avstriyanın regional liqasında mübarizə aparan “Fulpmes” klubu ilə qarşılaşıb. Matç "Qəbələ"nin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, “Qəbələ” daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 15-də “Terek” (Rusiya), 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.

 

Qəbələ - Fulpmes 8:0

Qollar: Baqali Dabo, Tellur Mütəllimov, İlqar Qurbanov, Filip Ozobiç, Elvin Camalov, Qismət Alıyev, Ülvi İbazadə (2 qol)


Xəbər xətti