3 futbolçu "İnter"in düşərgəsinə qoşuldu

10:24 13 İyun 2017

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “İnter” bir günlük istirahətdən sonra yenidən hazırlıqları davam etdirib.


Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi gün ərzində iki dəfə məşq edib. Artıq milli komandalardan dəvət almış futbolçular - Səlahət Ağayev, Tərlan Quliyev və Sertan Taşkın da komandanın düşərgəsindədi.


Qeyd edək ki, “İnter” bu gün toplanış çərçivəsində ikinci sınaq matçında digər təmsilçimiz “Zirə” ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 18.30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti