Ronaldo və Messi ötən il nə qədər qazanıb? - "Forbes" açıqladı

13:08 13 İyun 2017

"Forbes" jurnalı ötən il dünyanın ən çox qazanan məşhurlarının siyahısını dərc edib.

 

Sportarena.az xəbər verir ki, bu siyahıda ilk 100-lükdə futbolçu yer alıb. Kriştiano Ronaldo 5-ci (93 milyon dollar), Lionel Messi 14-cü (80 milyon dollar) pillədə qərarlaşıb.

 

İlk 100-lüyə Neymar ( 71-ci yer, 37 milyon dollar), Qaret Beyl (89-ci yer, 34 milyon dollar), Zlatan İbrahimoviç (100-cü yer, 32 milyon dollar) daxil olub.

 

Qeyd edək ki, bu siyahıya reper Diddi (130 milyon dollar) başçılıq edir. Müğənni Beyons 2-ci (105 milyon dollar), yazıçı Joan Roullinq 3-cü (95 milyon dollar) pillədə qərarlaşıb.


Xəbər xətti