UEFA-dan ÇL və AL ilə bağlı yeni qərar - 5 mükafat təsis edildi

14:53 13 İyun 2017

UEFA 5 yeni mükafat təsis edib.

 

Sportarena.az xəbər verir ki, bu ildən başlayaraq Çempionlar Liqasında mövsümün ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusu, eləcə də Avropa Liqasının ən yaxşı oyunçusu üçün xüsusi mükafat veriləcək.

 

2016/17 mövsümü üçün qaliblərə mükafatlar bu ilin avqustunda Monakoda keçiriləcək yeni mövsümün püşkatması zamanı təqdim ediləcək.

 

Qeyd edək ki, budəfəki qalibləri 2016/17 mövsümündə Çempionlar Liqası və Avropa Liqasında oynayan klubların məşqçiləri, eləcə də UEFA-ya üzv olan 55 ölkənin hər birindən tanınmış jurnalistlər müəyyənləşdirəcəklər.


Digər xəbərlər

Xəbər xətti