“Neftçi” audit yoxlanışından keçə bilmir

16:28 13 İyun 2017

“Neftçi”nin başı dərddən açılmır. Uğursuz zolaqdan çıxa bilməyən bakılılar klub idarəçiliyində yol verilən xətaların da əziyyətini çəkir.
 
Sportarena.az xəbər verir ki, paytaxt klubunun transferlərdə yubanmasının səbəbi maliyyə problemidi. Sponsorlar “Neftçi”ni əvvəlki kimi, yağ-bal içində saxlamır. Düzdü, kluba büdcə ayrılır, lakin indi hər qəpiyin hesabatı istənilir. “Neftçi”də hazırkı ixtisarlar, maaş azalmaları da bunun nəticəsidi.
 
SOCAR-ın kluba ayırdığı pullar dağıdılıb, təyinatı üzrə xərclənməyib. Elə buna görə də klub audit yoxlamasından keçə bilmir. Söhbət heç də sponsor şirkətin daxili auditindən getmir. “Neftçi” bir il öncə müstəqil audit şirkəti ilə müqavilə bağlayıb və indi yoxlamalardan sonra ciddi nöqsanlar üzə çıxıb. Nöqsanlar o qədər ciddidi ki, onları ört-basdır etmək mümkün deyil. (Futbolinfo.az)


Digər xəbərlər

Xəbər xətti