"Qəbələ"nin düşərgəsində qanalı futbolçu

21:18 13 İyun 2017

“Qəbələ” heyətinə yeni oyunçu cəlb edib.


Sportarena.az Sport24.az-a istinadən xəbər verir ki, qanalı futbolçu Desmond Asaredi hazırda komandada baxışdadır. Dayaq yarımmüdafiəçisini  komandadan ayrılan Nika Kvekveskirinin mövqeyində sınaqdan keçirilir. Baş məşqçi Roman Qriqorçuk 20 yaşlı afrikalıyla bağlı yekun qərarını “Terek”lə yoxlama matçından sonra verəcək. Məlumatı rəsmi olaraq, "Qəbələ" klubu da təsdiqləyib.

 

Qeyd edək ki, “Qəbələ” – “Terek” matçı iyunun 15-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti