Armenteros milimizin rəqibini qələbədən məhrum etdi - VİDEO

11:30 14 İyun 2017

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Norveç yığması bu gün yoxlama oyunu keçirib. 


Sportarena.az xəbər verir ki, Norveç millisi İsveçlə üz-üzə gəlib. Osloda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.  44-cü dəqiqədə Norveç Elyounoussinin qolu ilə hesabda önə keçsə də, qələbə hesabını qorumaq mümkün olmayıb. Meydana daxil olduqdan 13 dəqiqə sonra “Qarabağ”ın keçmiş hücumçusu Samuel Armenteros fərqlənib. 


Larrsonun ötürməsini qola çevirən 27 yaşlı forvard bununla da İsveç millisini yenilgidən xilas edib. Armenteros həmçinin, İsveç millisindəki ilk oyununda qol vurmağa müvəffəq olub.

 

 


Digər xəbərlər

Xəbər xətti