Ayxan Abbasov: "Görüləcək işlər çoxdur" - AÇIQLAMA

11:47 14 İyun 2017

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində "İnter"ə qarşı keçirilən yoxlama (2:0) oyunundan sonra klubun saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, gənc mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:

 

“İlk yoxlama oyunumuz idi. İki heyətlə oynadıq. Bizim üçün futbolçuların meydankı hərəkətliliyi vacib idi. Ötən həftə ağır məşqlərimiz oldu, bu həftə isə əsasən taktiki-texniki hazırlıq üzərində işləmişdik. Müəyyən tapşırıqlarımız var idi ki, futbolçuların onu necə yerinə yetirməsini görmək istəyirdik. Futbolçular da verilən tapşırıqları yerinə yetirməyə çalışdılar.

 

Bununla belə, görüləcək işlər çoxdur. Çünki bizə yeni qoşulan futbolçular da var. Onların da uyğunlaşması üçün zamana ehtiyac var. Qarşıdakı yoxlama oyunlarda çatışmazlıqları aradan qaldıraraq, Avropa Liqasına tam hazır olmağa çalışacağıq".


Digər xəbərlər

Xəbər xətti