"Qarabağ" "Bakı"ya qarşı

13:52 14 İyun 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" bu gün yoxlama görüşü keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu həvəskarlar liqasında çıxış edən "Bakı" ilə qarşılaşacaq. “Azərsun Arena”da keçiriləcək matç saat 17:30-da başlayacaq.

 

Qeyd edək ki, "Qarabağ"la "Bakı" sonuncu dəfə 2015-ci ildə qarşılaşıb. Həmin il Premyer Liqanı tərk edən paytaxt klubu 2015/2016 mövsümündə I divizionda mübarizə aparıb. İkiqat Azərbaycan çempionu hazırda həvəskarlar liqasında çıxış edir.


Digər xəbərlər

Xəbər xətti