"Mançester Yunayted" Runini "sildi"

17:25 14 İyun 2017

“Mançester Yunayted” sosial şəbəkələrdəki - “facebook” və “tvitter”dəki səhifələrində yenilənmə işləri həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, diqqəti çəkən əsas məsələ Ueyn Runi ilə bağlı olub. Klubun sosial şəbəkələrindəki bütün səhifələrindən Ueyn Runinin şəkilləri silinib.

 

İngiltərə mətbuatı iddia edir ki, bu addım klub rəhbərliyinin və baş məşqçi Joze Mourinyonun növbəti mövsümdə Runinin xidmətlərindən istifadədə maraqlı olmamasına işarədi. Bundan sonra hücumçunun yay transfer dönəmində klubunu dəyişəcəyi ilə bağlı xəbərlər yenidən aktuallaşıb.


Digər xəbərlər

Xəbər xətti