"Trabzonspor" Ramil Şeydayevi satmağa razılıq verdi

17:48 14 İyun 2017

“Trabzonspor” futbolçusu Ramil Şeydayevi “Jilina”ya satmaq qərarı verib.

 

Sportarena.az xəbər verir ki, bu haqda Türkiyənin “Fotospor” nəşri məlumat yayıb. Slovakiya klubu son mövsümdə 12 oyunda 6 qol vuran və 2 məhsuldar ötürmə verən millimizin 20 yaşlı hücumçusunu birdəfəlik almaq üçün Qara dəniz təmsilçisinə 500 min avro təklif edib. “Tranzonspor” isə bu təklifi müsbət cavablandırıb.

 

İddia olunur ki, Superliqa təmsilçisi Ramili 2 milyon avroya satmaq istəsə də, "Jilina" rəhbərliyi bu məbləğin onlarda olmadığını bildirib.

 

Qeyd edək ki, Şeydayev bu qış transfer dönəmində “Tranzonspor”dan “Jilina”ya 2,5 illik icarəyə verilib.


Xəbər xətti