Azərbaycanlı atlet Useyn Boltu keçdi

12:22 15 İyun 2017

Türkiyə vətəndaşlığını qəbul etmiş əslən azərbaycanlı atlet Ramil Quliyev yeni uğura imza atıb.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı atlet Finlandiyanın Turku şəhərində atletika yarışlarında 100 metr məsafəni 10:02 saniyədə qaçıb.

 

Bununla özünün ən yaxşı dərəcəsini əldə edən Ramil Quliyev 2017-ci ildə məşhur atlet, olimpiya çempionu Useyn Boltu keçən idmançılar arasında yer alıb. Boltun bu il ən yaxşı göstərici isə 10:03 olub.

 

Qeyd edək ki, R.Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edərək Türkiyə bayrağı altında çıxış etməyə başlayıb.


Xəbər xətti