"Qəbələ" "Axmat"a uduzdu - VİDEO

10:09 16 İyun 2017

Avstriyada təlim-məşq toplanışında olan  “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxıb. 


Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" Rusiya Premyer Liqasında çıxış edən “Axmat”la qarşılaşıb. Matç "Qəbələ"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.


Qeyd edək ki, ilk sınaq matçında yerli “Fulpmes”i 8:0 hesabı ilə darmadağın edən “Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 19-da “Botev”, 22-də isə “Ludoqorets”lə qarşılaşacaq.



Yoxlama oyunu 

15 iyun

20:00 Qəbələ - Axmat 0:1

 

 


Xəbər xətti