"Lester" müdafiəçi transfer etdi - 20 milyona

10:45 16 İyun 2017

"Lester Siti" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, "tülkülər" "Hall Siti"nin müdafiəçisi Harri Maqiranı transfer edib. 24 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Lester Siti" "pələnglər"ə 20 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, Maqira ötən mövsüm 29 oyunda meydanda olub və 2 qol, 2 assistlə yadda qalıb.

 


Digər xəbərlər

Xəbər xətti