"Everton"dan bahalı qapıçı transferi - Dünyada 3-cü, İngiltərədə 1-ci

11:12 16 İyun 2017

İngiltərə Premyer Liqa təmsilçisi “Everton” heyətini yeni qapıçı ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Liverpul təmsilçisi “Sanderlend”in qapıçısı Cordan Pikfordu heyətinə cəlb edib. “Everton” 23 yaşlı qolkiperin transferi üçün “qara pişiklər”ə 34 milyon avro ödəyib.

 

Klubdan verilən açıqlamada Pikfordla 5 illik müqavilə bağlandığı qeyd edilib. Bu transferlə gənc qolkiper dünyanın ən bahalı 3-cü qapıçısı olub. O, İngiltərədə ən bahalı qolkiper ünvanını əldə edib.

 

Tarixin ən bahalı qapıçısı 53 milyon avro qarşılığında “Parma”dan “Yuventus”a transfer olunan Canluici Buffon, ikinci isə 40 milyon avroya “Mançester Siti”yə keçən Edersondu.

 

Qeyd edək ki, Pikford son mövsümdə şans qazandığı 29 oyunda qapısında 50 qol görüb.


Xəbər xətti