UEFA-dan danışılmış oyunlarla bağlı sərt və tarixi qərar

12:56 16 İyun 2017

Avropa Klubları Birliyi (ECA) ilə UEFA-nın birgə toplantısı olub.

 

Sportarena.az xəbər verir ki, Fransanın "Marsel" klubunun stadionu "Stade Velodrome"də baş tutan toplantıda bir sıra mühüm qərarlar qəbul olunub. Bu qərarlardan biri də danışılmış oyunlarla bağlıdır. Qərara əsasən, UEFA bundan sonra bütün ölkələrin çempionatlarını izləyəcək və danışlmış oyunlarla bağlı cəza verəcək.

 

Toplantıda çıxış edən qurum rəsmisi Kris Bonnet bir sıra ölkələrdə danışılmış oyunların olduğu ilə bağlı UEFA-ya məktublar daxil olduğunu açıqlayıb. O, artıq 14 belə ölkənin çempionatlarını izlədiklərini və danışılmış oyunlar aşkar edəcəkləri təqdirdə klubları bağışlamayacaqılarını bildirib. Qitənin ali futbol qurumunun rəsmisi onu da əlavə edib ki, bu işdə yerli futbol federasiyaları onlara köməklik edəcək. 

 

Qeyd edək ki, ötən il Azərbaycanın I divizionunda danışılmış oyunlar olduğu ilə bağlı UEFA-dan AFFA-ya məktub daxil olmuşdu. AFFA-nın qərarına əsasən, danışılmış oyunlarda iştirak edən "Şərurspor" və "Rəvan" komandaları çempionatdan uzaqlaşdırılmışdı.


Digər xəbərlər

Xəbər xətti