Platye Sadıq Sadıqov haqda danışdı: "Soyunub-geyinmə otağına girib deyirdi ki...”

13:20 16 İyun 2017

"Neftçi"nin sabiq hücumçusu Melvin Platye Hollandiya mətbuatında açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, Paytaxt klubundakı karyerasından danışıb. Platye "Neftçi" klub prezidentinin oyunun fasiləsində soyunub-geyinmə otağına girib oyunçularla danışdığını bildirib:

 

"Azərbaycanda oynamaq çətin idi. Xüsusən uduzduğun oyunlarda bu dəhşət olurdu. Əgər qol vura bilmirdimsə, fasilədə klub prezidenti soyunub-geyinmə otağına gəlib deyirdi ki, fərqlənməsən səni əvəzləyəcəklər. Komandaya da bildirirdi ki, qalib olmasanız, bu sizə problem yaradacaq. Belə şeylər var idi. Matçı mütləq klub prezidenti üçün qazanmalı idin".

 

Qeyd edək ki, Melvin Platye "Neftçi"də çıxış etdiyi 2013/14 mövsümündə kluba Sadıq Sadıqov rəhbərlik edib.

 

Əlavə edək ki, hollandiyalı forvard "ağ-qaralar"ın heyətində 14 oyun keçirib və 1 qol vurub.


Xəbər xətti