Podolski rəsmən Yaponiya klubunda - RƏSMİ

14:15 16 İyun 2017

“Qalatasaray”ın hücumçusu Lukas Podolskinin Yaponiyanın “Vissel Kobe” klubuna keçidi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 32 yaşlı hücumçu iyunun 6-da ictimaiyyətə təqdim olunacaq. Müqavilə müddəti və maliyyə şərtləri barədə məlumat verilməyib.

 

Bu transfer üçün "Vissel Kobe"nin "Qalatasaray"a 2 milyon 600 min avro təzminat ödəyib.


Xəbər xətti