"Səbail" daha bir transferini açıqladı - RƏSMİ

16:34 16 İyun 2017

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Səbail” daha bir transferi açıqlayıb. 


Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi hücumçu Nurlan Novruzovun keçidi haqda məlumat yayıb. 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Son klubu "Zirə" olan Nurlan Novruzov "Bakı"nın yetirməsidir. 

 
Qeyd edək ki, “Səbail” buna qədər Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev, Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov, Yamin Ağakərimzadə, Emin Mehdiyev, Raul Yaqubzadə, Aqşin Muxtaroğlu, Emin Cəfərquliyev, Vüqar Nadirov və Elman Taqayevlə də müqavilə imzalamışdı.


Xəbər xətti