Ronaldo "Real"dan ayrılmaq istəyir? - ŞOK İDDİA

17:31 16 İyun 2017

“Real”ın hücumçusu Kriştianu Ronaldo klubunu dəyişmək fikrinə düşüb.

 

Sportarena xəbər verir ki, “Marca” nəşri ulduz futbolçunun 14.7 milyon avro vergidən yayınmaq ittihamından təsirləndiyini yazır. Məlumata görə, Ronaldo “Real”ın prezidenti Florentino Perezə qərarını çatdırıb. İspaniya qrandı onun meydandan kənar təzyiqlərin öhdəsindən gəlmək üçün vaxta ehtiyacı olduğunu düşünür.

 

İş Ronaldonun transferə çıxarılmasına qədər gedib çıxsa, qiyməti rəhbərlik müəyyən edəcək. Portuqaliyalı qolyadora 400 milyon avro qiymət qoyulacağı ehtimal olunur. “Marca” qeyd edir ki, Ronaldo İspaniyadan gedəcəyi halda “Mançester Yunayted” və ya PSJ-ni seçə bilər.

 

Ronaldo 2011-14-cü illərdə vergidən yayınmaq ittihamı ilə üzləşib. Ümumilikdə ulduz futbolçu 4 vergi cinayətində təqsirləndirilir.


Digər xəbərlər

Xəbər xətti