"Lafferti Avstriyada "Qarabağ"a qoşulacaq" - Britaniya mətbuatı

18:16 16 İyun 2017

Şimali İrlandiya millisinin hücumçusu Kayl Lafferti Avstriyada "Qarabağ"a qoşulacaq.

 

Sportarena.az xəbər verir ki, belə iddia ilə Böyük Britaniya mətbuatı çıxış edib. Həmkarlarımız bildirirlər ki, futbolçuyla klub arasında Bakıda baş tutan Azərbaycan - Şimali İrlandiya matçından sonra danışıq olub. İddialara inansaq, Laffertiylə münasibətlər iyulda rəsmiləşdiriləcək.

 

Qeyd edək ki, forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Bakıda baş tutan görüşün ardından "Qarabağ"dan təklif almadığını, alacağı halda müsbət qarşılayacağını söyləmişdi.


Xəbər xətti