Boksçularımızın rəqibləri bəlli oldu

Sportarena.az      16 İyun 2018, 18:47

Ukraynanın Xarkov şəhərində keçiriləcək boks üzrə Avropa çempionatının püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, 40 ölkədən 258 idmançının qatılacağı yarışda Azərbaycan yığmasının üzvləri də rəqiblərini tanıyıblar. Millimizin heyətində 2 boksçumuz 1/16, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.

 

18 iyun
1/16 final. Cavid Çələbiyev (60 kq) - Edqaras Skurdelis (Litva)
1/16 final. Eldar Quliyev (81 kq) – Müslim Hacımaqomedov (Rusiya) 

19 iyun
1/8 final. Məsud Yusifzadə (49 kq) – Nazar Kurotçin (Ukrayna)
1/8 final. Elvin Məmişzadə (52 kq) – İstvan Şaka (Macarıstan)/Manuel Fabritsio Kappai (İtaliya)
1/8 final. Lorenzo Sotomayor (64 kq) – Vahid Hambli (Fransa)/Fredi Çiobanu (Rumıniya)
1/8 final. Pərviz Bağırov (69 kq) – Anas Messaudi (Belçika)/Simyon Çamov (Bolqarıstan) 
1/8 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Aleksandr Kaleyev (Belarus)/Petar Belberov (Bolqarıstan)

 

20 iyun
1/8 final. Tayfur Əliyev (56 kq) - Severlan Çiladze (Gürcüstan)/Antoni Ceyms Uolker (İrlandiya)
1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Bartoş Qolebiyevski (Polşa)/Emmet Brennan (İrlandiya)
1/8 final. Abdulqadir Abdullayev (91 kq) – Şott Antoni Forrest (Şotlandiya)/Zoran Radiç (Serbiya)

 

Qeyd edək ki, yarışda iyunun 16-20-də ilkin döyüşlər baş tutacaq. “Lokomotiv” İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın son günündə – iyunun 24-də isə qaliblərin adları bilinəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin