"Real" Ronaldonu satır - Qiyməti də açıqlandı

11:02 17 İyun 2017

"Real" Kristiano Ronaldonu satmağa hazırdı.

 

Sportarema.az xəbər verir ki, bu barədə "La Gazzeta dello Sport"a məlumat yayıb. Bildirilir ki, İspaniya klubu liderini 400 milyon avro müqabilində satmağa razıdı.

 

Ronaldonu keçmiş klubu "Mançester Yunayted"lə yanaşı, Fransanın PSJ komandası da heyətinə qatmaqda maraqlıdı.

 

Qeyd edək ki, son günlərdə Ronaldo ilə "Real" rəhbərliyi arasında fikir ayrılığının yarandığına dair xəbərlər yayılmaqdadı. Buna səbəb isə portuqaliyalı ulduzun İspaniyada vergidən yayınmaya görə məhkəməyə verilməsidi.


Xəbər xətti