"Fənərbaxça"nın baş məşqçisinin adı açıqlandı - RƏSMİ

11:20 17 İyun 2017

"Fənərbaxça"nın yeni baş məşqçisinin adı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bundan sonra İstanbul klubunu Aykut Kocaman çalışdıracaq. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 2 illik müqavilə imzalanıb.

 

Qeyd ki, Kocaman 2010-2013-cü illər aralığında da "sarı-lacıvərdlilər"in baş məşqçisi olub. Son mövsümdə isə o, "Konyaspor"un "sükanı arxası"nda çalışırdı.


Xəbər xətti