Keçmiş komanda yoldaşı Van Persini transfer etmək istəyir

21:04 17 İyun 2017

“Fənərbaxça”nın futbolçusu Robin van Persi sabiq komandası “Feyenoord”a dönə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Hollandiya mətbuatına açıqlama verən “Feyenoord”un baş məşqçisi Covanni van Bronkhorst keçmiş komanda yoldaşını sərəncamında görmək istədiyini bildirib.

 

Qeyd edək ki, van Persi 1996-cı ildən 2004-cü ilə qədər “Feyenoord”un şərəfini qoruyub.

 

Əlavə edək ki, çalışdırıc "Feyenord"da 2 il, milli komandada isə 5 il 33 yaşlı hücumçu ilə komanda yoldaşı olub.


Xəbər xətti