"İnter" qalib gəldi

22:04 17 İyun 2017

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün sonuncu yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, komanda Georgi Hacının baş məşqçisi olduğu Rumıniyanın "Vitorul" klubu qarşılaşıb. Düzce stadionunda keçirilən oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. "İnter"ə qolları Rauf Əliyev və Samir Zərgərov vurub.


Qeyd edək ki, "İnter" bundan əvvəl yoxlama oyunlarında "Zirə"yə uduzub (0:2), Kamerunun "Colombe Sportive du Dja et Lobo" klubuna qalib (1:0) gəlib.
 

Yoxlama oyunu

17 iyun
İnter - Vitorul 2:1


Digər xəbərlər

Xəbər xətti