"Qarabağ"ın futbolçuları nömrələrini dəyişdi

Sportarena.az      18 İyun 2018, 10:35

“Qarabağ”da 3 futbolçu yeni mövsümdə geyinəcəyi formaların nömrəsini müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, qapıçı Şahruddin Məhəmmədəliyev 1 (ötən mövsüm 12), hücumçular Dino Ndlovu 9 (ötən mövsüm 6), Ağabala Ramazanov isə 10 (ötən mövsüm 44) nömrəli formayla mübarizə aparacaq.

 

Qeyd edək ki, ötən mövsüm “Qarabağ”da 1 nömrəli formanı Boyan Şaranov, 10 nömrəli formanı Muarem Muarem geyinirdi, 9 nömrəli forma isə boş idi. Adları çəkilən son 2 futbolçuyla mövsüm yekunlaşandan sonra müqavilənin müddəti uzadılmayıb və onlarla yollar ayrılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin