Sportarena.az
12 Dekabr 2017

"Ən yaxşı oyunlarımızdan birini keçirdik" - Svanadze - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnter"in baş məşqçisi Zaur Svanadze Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın "Viitorul" klubuna qarşı keçirdikləri yoxlama matçını şərh edib.

 

Sportarena.az xəbər verir ki, bakılıların gürcüstanlı çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra həm matç barədə fikirlərini açıqlayıb, həm də ümumilikdə toplanışı qiymətləndirib:

 

"Bu gün keçirdiyimiz oyun Avropa Liqası matçları ərəfəsində başlıca repetisiya idi. Yaxşı komanda ilə qarşılaşdıq, futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Baxımlı futbol sərgilədik, qol vəziyyətləri yaratdıq. Demək olar ki, toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik. Oyundan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər.

 

Toplanış məhsuldar keçdi. Birinci və ikinci oyunları yükləmələr fonunda keçirdik. Uşaqlar məşqlərdə vicdanla hazırlaşdılar. Toplanış barədə ümumi qiymət müsbətdi. Yaratdığı şəraitə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bundan sonra Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik".

Tarix
18.06.17 [11:42]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

12 Dekabr
11 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio